Yuxarı

İlham Əliyev xalq rəssamına məktub göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev xalq rəssamına məktub göndərdi

Prezident İlham Əliyev xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli Fərhad Xəlilov!

Sizi – müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan mədəniyyətinin inkişafına xüsusi töhfələr vermiş sənətkarlardansınız. Mahir fırça ustası olaraq müxtəlif janr və mövzularda yaratdığınız boyakarlıq və qrafika əsərləri forma rəngarəngliyi, kompozisiya həlli, estetik mükəmməlliyi və ideya-bədii dəyəri ilə seçilir. Yurdumuzun əsrarəngiz təbiətini, xüsusən Abşeron mənzərələrini əks etdirən tablolarınız milli boyakarlıq irsini zənginləşdirən dəyərli sənət nümunələridir.

Ölkəmizdə və onun hüdudlarından kənarda təşkil olunmuş sərgilərdə, muzey və qalereyalarda nümayiş etdirilən əsərlərinizlə Siz Azərbaycan rəngkarlıq mədəniyyətini həmişə layiqincə təmsil etmiş, novator ruhlu sənətkar və eyni zamanda milli təsviri sənətimizin çoxəsrlik ənənələrinə sadiq istedadlı rəssam kimi tanınmışsınız.

Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində göstərdiyiniz təşkilatçılıq bacarığı və yeni dövr rəssamlar nəslinin formalaşmasında uzunmüddətli təqdirəlayiq səmərəli fəaliyyətiniz yüksək qiymətləndirilmişdir.

İnanıram ki, Siz sənətinizin pərəstişkarlarını bundan sonra da yeni-yeni əsərlərlə sevindirəcək, milli mədəniyyətimizin inkişafı üçün var qüvvənizi əsirgəməyəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram".

Tarix
2026.10.23 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla