Yuxarı

“AzerGold” aydınlıq gətirdi: Bu kəndin köçürülməsi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AzerGold” aydınlıq gətirdi: Bu kəndin köçürülməsi...

22 oktyabr 2026-cı il tarixində bir sıra yerli media resurslarında Daşkəsən rayonunun Mollahəsənli kəndinin köçürülməsi prosesinə başlanılması ilə bağlı məlumatlar yayılıb.

AzerGold QSC-dən Axar.az-a verilən məlumata görə, məsələ ilə əlaqədar AzerGold QSC-nin törəmə şirkəti Daşkəsən Dəmir Filiz MMC-dən bildirilib ki, hazırda Mollahəsənli kəndinin köçürülməsi istiqamətində hər hansı aktiv icra prosesi həyata keçirilmir.

"Qeyd edək ki, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir ildən artıqdır texniki-iqtisadi əsaslandırma (TİƏ) işləri aparılır. Bu işlər layihə infrastrukturunun mümkün yerləşmə ərazilərinin müəyyənləşdirilməsi məqsədilə alternativ sahələrin texniki, iqtisadi və ekoloji baxımdan araşdırılmasını əhatə edir.

Araşdırmalar çərçivəsində ərazilərin mövcud vəziyyətinin qiymətləndirilməsi, o cümlədən əmlak, yaşayış evləri və əhalinin sayı ilə bağlı ilkin məlumatların toplanması və təhlili nəzərdə tutulur. Bu məqsədlə, növbəti həftə mütəxəssislərin müvafiq icra hakimiyyəti nümayəndəsinin iştirakı ilə əraziyə səfəri planlaşdırılır.

Hazırda layihə infrastrukturunun yerləşdirilməsi üzrə müxtəlif alternativlər araşdırılır. Mollahəsənli kəndi ərazisində aparılması nəzərdə tutulan qiymətləndirmə də məhz bu tədqiqatların tərkib hissəsidir və özlüyündə kəndin köçürülməsi ilə bağlı qərarın qəbul edildiyi və ya icra prosesinə başlanıldığı anlamına gəlmir.

İnfrastruktur obyektlərinin yekun yerləşmə yerləri aparılacaq tədqiqatların nəticələri əsasında müəyyənləşdiriləcək və müvafiq dövlət qurumları ilə birgə nəzərdən keçiriləcək.

İctimaiyyətə təqdim olunan məlumatların düzgün anlaşılması üçün qeyd edirik ki, hazırda söhbət layihənin texniki-iqtisadi əsaslandırılması çərçivəsində aparılan ilkin qiymətləndirmə və araşdırmalardan gedir, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək" - qurumun məlumatında qeyd olunub.

Tarix
2026.10.23 / 13:47
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla