Yuxarı

Xərçəng xəstəsinin kreditlə aldığı inəklər oğurlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəng xəstəsinin kreditlə aldığı inəklər oğurlandı

Bakının Sabunçu rayonunda vətəndaşa məxsus 12 baş iri buynuzlu heyvan oğurlanıb.

Musavat.com xəbər verir ki, nəticədə sahibkara külli miqdarda ziyan dəyib.

Əslən Qobustan rayonundan olan Bənövşə Mirzəliyeva deyir ki, xərçəng xəstəliyindən əziyyət çəkir və paytaxta müalicə almaq üçün üz tutub. Bənövşə Mirzəliyeva Sabunçu rayonu ərazisindəki yeni qəsəbələrdən birində kirayə ev axtarmağa başlayıb. Burada qonşuların köməkliyi ilə özünə şəraiti yaxşı olmayan bir ev tapıb. Daha sonra müalicəsini davam etdirmək üçün banklardan birindən kredit götürərək, sahibkarlıqla məşğul olmağa başlayıb.

İlk olaraq özünə bir neçə cins inək alaraq, təsərrüfat qurub. Daha sonra o, sahibkarlıq fəaliyyətini genişləndirmək üçün inəklərin sayını 12-yə çatdırıb. Ancaq naməlum şəxslər onun inəklərini oğurlayıblar. Zərərçəkən Bənövşə Mirzəliyeva deyir ki, oğrular yağışlı hava şəraitindən istifadə edərək ona məxsus fermanı yarıblar.

Səhər saatlarında inəklərin oğurlandığını görən Bənövşə Mirzəliyeva dərhal Sabunçu Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, vətəndaşa 35 mindən çox ziyan dəyib.

Oğurluğa gələn şəxs və ya şəxslər həyətdə olan iti də zərərsizləşdirə biliblər.

Qeyd edək ki, oğurluq hadisəsi Bənövşə Mirzəliyevanın başına ilk dəfə gəlmir. 1 il bundan əvvəl ona məxsus 30-dan çox qoyun da oğurlanıb. Lakin həmin faktın üstü açılmayıb.

Tarix
2016.10.28 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla