Yuxarı

“Nar” AzTU tələbələri üçün növbəti təlim keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” AzTU tələbələri üçün növbəti təlim keçirdi

Sərfəli mobil operator “Nar” Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi.

Axar.az xəbər verir ki, “Nar”ın insan resursları departamentinin mütəxəssisi tərəfindən keçirilən təlim son kurslarda təhsil alan tələbələrin işə qəbul prosesinə hazırlığını gücləndirmək və onların uğurlu karyera başlanğıcı üçün vacib olan praktiki bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.

Qeyd edək ki, “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyasının təhsil istiqaməti üzrə tərəfdaşlıq etdiyi yerli universitetlərdə tələbələr üçün həm peşə istiqamətlərində, həm də kommunikasiya bacarıqlarının inkişafı yönündə mütəmadi təlimlər həyata keçirir. Bu təlimlərin məqsədi gələcəyin peşəkar kadrlarının hazırlanması və yüksək rəqabətli əmək bazarında azərbaycanlı mütəxəssislərin üstünlüyü təmin etməkdir.

Təlim zamanı tələbələrə tərcümeyi-halın düzgün tərtibatı, işgüzar görüşlərə hazırlıq, müsahibə zamanı yol verilən səhvlər və stresin idarə olunması mövzuları əhatə edilib. İştirakçılara işəgötürənlərin gözləntilərini anlayaraq öz bacarıq və nailiyyətlərini uyğun şəkildə ifadə etmək və müsahibə zamanı yaranan həyəcanı nəzarətdə saxlamaq barədə tövsiyələr verilib.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü KSM layihələri haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2026.10.28 / 23:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla