Ali Məhkəmədən Hacı Vəliyevlə bağlı qərar
12:48
| Ana səhifə Toplum |
|
Noyabrın 1-dən metronun “Memar Əcəmi” stansiyası ilə Hökməli qəsəbəsini əlaqələndirən 156 və 156A nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar yenilənəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Axar.az-a bildirilib ki, 156 nömrəli marşrut üzrə 10 ədəd “İsuzu Citibus”, 156A nömrəli marşrut üzrə isə 4 ədəd “İsuzu HC45” markalı müasir və komfortlu avtobus sərnişindaşıma xidmətinə cəlb olunacaq.
Hər iki marşrut üzrə ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gediş haqqı 50 qəpik müəyyən edilib.
|
Tarix
2026.10.29 / 12:14
|
Müəllif
Axar.az
|