Yuxarı

Lotu Quli Rövşənin adamlarını sıradan çıxarır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lotu Quli Rövşənin adamlarını sıradan çıxarır

İstanbulda qətlə yetirilən azərbaycanlı "kriminal general" Rövşən Lənkəranskinin tərəfdarları öz mövqelərini itirməyə başlayıblar.

BakiPost.az xəbər verir ki, "qanuni oğru"nun nəzarət etdiyi sahələr adamlarının əlindən bir-bir alınır. Bundan əlavə, yerlərdə "vəziyyətə baxan" şəxslərin təyin olunması məsələsi də artıq başqa klanın əlinə keçməkdədir.

Belə ki, Lənkəranskinin ən qatı düşməni hesab olunan Loti Quli Azərbaycanda təsir imkanlarını sürətlə artırmağa başlayıb. Son günlər mətbuat səhifələrində "qanuni oğru"yla bağlı daha çox müsbət xəbərlərin tirajlanması, vəkilinin çox kəskin açıqlamasının gündəmə hadisə kimi düşməsi də bu xəttin davamıdır.
Məlumata görə, sözügedən şəxsin tərəfdarları Lənkəranskinin adamlarını sıxışdırmağa da start veriblər. Onlar "krallığını" daha da gücləndirməkdən ötrü "rütbəli" tərəfdarlarının sayını artırır, hətta nüfuzlu avtoritetlərin taclandırılması prosesinə başlanılıb.

Məsələn, dünən Bakıda Museib adlı avtoritetə "qanuni oğru" adı verilməsi bəyan edilib. Məlumatlı şəxsin sözlərinə görə bu proses davam edəcək, yəni Lotu Quli özünə sadiq adamları tacladıracaq və indiyə qədər Lənkəranskinin adamlarının nəzarət etdiyi sahələri onlara həvalə edəcək.

Xatırladaq ki, hazırda Qobustanda həbsdə olan Lotu Quli ilə öldürülən "qanuni oğru" Rövşən Lənkəranski arasında həmişə düşmənçilik hökm sürüb.

Tarix
2016.10.29 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla