Yuxarı

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azaldı

2025-ci ildə 15-29 yaşlı gənclər arasında həm məşğul, həm də işsiz əhalinin sayında azalma qeydə alınıb. Azərbaycanda 2025-ci ildə 15-29 yaşlı məşğul gənclərin sayı əvvəlki illə müqayisədə 94 min nəfər və ya 8 faiz azalaraq 1 milyon 85.5 min nəfərə düşüb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, 2024-cü ildə bu yaş qrupunda məşğul əhalinin sayı 1 milyon 179.5 min nəfər olub.

Maraqlıdır ki, eyni dövrdə gənclər arasında işsizlərin sayı da azalıb. Belə ki, 2024-cü ildə 15-29 yaşlı 118.1 min nəfər işsiz olduğu halda, 2025-ci ildə onların sayı 99 min nəfərə enib. Bu, bir il ərzində 19.1 min nəfər və ya 16.2 faiz azalma deməkdir.

Statistik göstəricilərə əsasən, 2025-ci ildə məşğul gənclərin 537.6 min nəfərini kişilər, 547.9 min nəfərini isə qadınlar təşkil edib. Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 617.9 min və 561.6 min nəfər olub.

Beləliklə, bir il ərzində məşğul gənc kişilərin sayı 80.3 min, qadınların sayı isə 13.7 min nəfər azalıb.

Yaş qrupları üzrə müqayisədə də azalma müşahidə olunub. 2025-ci ildə 15-19 yaşlı məşğul gənclərin sayı 92.7 min, 20-24 yaşlıların sayı 395.5 min, 25-29 yaşlıların sayı isə 597.3 min nəfər təşkil edib.

2024-cü ildə həmin göstəricilər müvafiq olaraq 93.1 min, 448.3 min və 638.1 min nəfər olub. Ən böyük azalma 20-24 yaş qrupunda qeydə alınıb - 52.8 min nəfər.

Hesablamalara görə, 2024-cü ildə 15-29 yaşlı gənclər arasında məşğul və işsiz əhalinin ümumi sayı 1 milyon 297.6 min nəfər olduğu halda, 2025-ci ildə bu göstərici 1 milyon 184.5 min nəfərə enib. Beləliklə, həmin yaş qrupunda işçi qüvvəsi bir il ərzində 113.1 min nəfər və ya 8.7 faiz azalıb.

Eyni zamanda, bu göstəricilər əsasında hesablanan gənclər arasında işsizlik səviyyəsi 2024-cü ildəki 9.1 faizdən 2025-ci ildə 8.4 faizə düşüb.

Tarix
2026.10.29 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla