Yuxarı

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan etdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 4-də BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçiriləcək.

DİM-dən Axar.az-a bildirilib ki, BB vəzifə qrupu üzrə test imtahanı saat 16:00-da keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 29-u saat 10:00-dan noyabrın 19-u saat 18:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq və namizədlər üçün 920 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı isə dekabrın 4-də saat 10:00-da kompüter vasitəsilə keçiriləcək. AB, AC, BA və BB vəzifə qruplarını əhatə edən imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil ediləcək. Bu imtahan üçün 420 yer ayrılıb. Qeydiyyat oktyabrın 29-u saat 10:00-dan noyabrın 19-u saat 18:00-dək davam edəcək.

İmtahanlarda iştirak etmək istəyən, lakin şəxsi kabineti olmayan namizədlər əvvəlcə Mərkəzin internet portalında şəxsi kabinet yaratmalı, daha sonra müvafiq hesaba vəsait daxil etməlidirlər. Qeydiyyat “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” platforması vasitəsilə həyata keçirilir.

Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Tarix
2026.10.29 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla