Yuxarı

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb.

Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər. Onlar hərəsi bir ata minərək kənddə gəzməyə çıxıblar. Bu zaman heyvanların sahibi onları görərək, niyə icazəsiz atlarını mindiklərini soruşub. Daha sonra tərəflər arasında mübahisə başlayıb. Heyvanların sahibi atlarının oğurlanması ilə bağlı polisə şikayət edib.

Polis əməkdaşları hadisə yerinə gələndə də həmin üç şəxs sərxoş halda nalayiq ifadələr işlədərək, ictimai asayişi pozmaqda davam ediblər. Buna görə də onlar saxlanılıb və barələrində müvafiq protokollar tərtib olunub.

Məhkəmə icazəsiz at sürən şəxslərin hər birini 150 manat məbləğində inzibati qaydada cərimələyib.

Tarix
2026.10.29 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla