Yuxarı

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi

Azərbaycan Hava Yolları və “Sea Breeze”in birgə təşkil etdiyi “Səma və Dəniz” lotereyasının əsas qalibi baş mükafat olaraq “Sea Breeze Resort” ərazisində yerləşən “Park Lane” yaşayış kompleksində mənzil qazanıb. Lotereya “AZAL Miles” loyallıq proqramının üzvləri arasında keçirilib.

Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, sentyabrın 28-də canlı yayımda keçirilən elektron tirajın nəticələrinə əsasən, ümumilikdə 100 iştirakçı qalib olub.

Mənzillə yanaşı, lotereyanın mükafat fonduna uçuş milləri, “ABB–AZAL Miles Co-brand Infinite” və “Platinum” kartları, “Crocus Fitness Baku”da birillik abunəliklər və “Aghalarov Rest” restoranlar şəbəkəsinin hədiyyə kuponları daxil olub.

8 iyul – 8 sentyabr tarixlərində keçirilən kampaniya çərçivəsində iştirakçılar aviabilet alışları, millərin toplanması və istifadəsi, eləcə də lotereyanın şərtlərində nəzərdə tutulan digər əməliyyatlar vasitəsilə uduş şansları əldə ediblər. Lotereyada iştirak etmək üçün “AZAL Miles” üzvlərinin şəxsi kabinetlərində kampaniyaya qoşulmaları tələb olunub.

Bütün qaliblərin siyahısı ilə Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Tarix
2026.10.29 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla