Yuxarı

Bu dayanacaqdan daha 4 marşrut çıxarılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu dayanacaqdan daha 4 marşrut çıxarılır - Foto

Sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi və nəqliyyat qovşaqlarında sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, metronun "20 Yanvar" stansiyasının ətrafında və "Şamaxı yolu" adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması aparılaraq sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin edilir.

Bu məqsədlə noyabrın 2-dən 102, 130, 142 və 159 nömrəli marşrutlar Sumqayıt istiqamətində "20 Yanvar" metrostansiyasının yaxınlığında, Moskva prospektindəki "14 saylı notariat ofisi"nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.

Xocəsən və Sulutəpə qəsəbələri istiqamətində getmək üçün 102 və 159 nömrəli marşrutların sərnişinləri avtobuslara "20 Yanvar" metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində, yaxud "Şamaxı yolunda" adlanan ərazidəki ("Alov zavodu" ilə üzbəüz) dayanacaqda minə bilərlər.

130 və 142 nömrəli marşrutların sərnişinləri isə "20 Yanvar" metrostansiyasının yaxınlığında, Moskva prospektindəki "Azərbaycanfilm Kinostudiyası" dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Lökbatan qəsəbəsi və Masazır kəndi istiqamətində növbəti dayanacağı "Şamaxı yolu" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) mövcud olan məntəqədir.

Xatırladaq ki, marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması tədbirləri çərçivəsində bundan öncə 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Moskva prospektində yerləşən "14 saylı notariat ofisi"nin yanındakı dayanacaq məntəqəsindən çıxarılmışdır.

Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat çatdırılmasına xidmət edir.

Tarix
2026.10.30 / 09:46
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla