Yuxarı

Həbs edilərək ölkəyə gətirilmişdi - azad olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbs edilərək ölkəyə gətirilmişdi - azad olundu

Bir müddət əvvəl İnterpolun Milli Mərkəzi Bürosu vasitəsi ilə Ukraynada saxlanılaraq Azərbaycana gətirilən vəzifəli şəxs həbsdən azad edilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili olmuş Ənvər Tağıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

İttihama görə, Ənvər Tağıyev Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində işləyərkən digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək qaçaqmalçılıq cinayəti törədib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə aksiz markası ilə markalanmalı olan həmin yükü markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ənvər Tağıyevin cinayət işi üzrə məhkəmə başlayıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Növbəti proses noyabrın 12-də davam edəcək.

Tarix
2026.10.30 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası başladı

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla