Yuxarı

Bakıda 111 ev sökülüb: 4 yeni stansiya tikiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 111 ev sökülüb: 4 yeni stansiya tikiləcək

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası nəzərdə tutulur, layihələndirmə işlərinin 30%-i yekunlaşıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ADY "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir: "Dövlət Proqramında Bakı ətrafı ərazilərdə dəmiryol nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək dəmir yolu xətləri ilə yanaşı, Yeni Suraxanı–Hövsan xəttinin bərpası nəzərdə tutulur. Qeyd olunan dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb".

B.Hacıyev qeyd edib ki, Yeni Suraxanı–Hövsan xətti üzrə layihələndirmə işlərinin 30%-i yekunlaşıb:

"Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb, onlarla müvafiq protokollar imzalanıb, kompensasiyalar ödənilib. Bu xətt üzrə mühafizə zonasına düşən obyektlərin söküntü işləri başa çatıb, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə çəpərləmə işlərinə başlanılıb. Bu xətt boyunca stansiyalar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub. Yeni Suraxanı–Hövsan xəttində ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək. Hər stansiyada piyada keçidlərinin, eyni zamanda, avtomobil yolları ilə kəsişmədə bir neçə müxtəlif səviyyəli körpünün inşası nəzərdə tutulur".

Tarix
2026.10.30 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası keçirildi

Milli Məclisin növbəti iclası başladı

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla