Yuxarı

Ehtiyatda olan hərbçilərlə bağlı layihə son oxunuşdan keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ehtiyatda olan hərbçilərlə bağlı layihə son oxunuşdan keçdi

Milli Məclis (MM) Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklifini son oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişiklik layihəsi parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Qeyd edilib ki, bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.

Təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Tarix
2026.10.30 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası keçirildi

Milli Məclisin növbəti iclası başladı

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla