Yuxarı

Polkovnik valideynlərə çağırış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polkovnik valideynlərə çağırış etdi

Dövlət Yol Polisi valideynləri uşaqlarla yolu keçərkən diqqətli olmağa çağırır.

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, yol polisi tərəfindən müəyyən işlərin aparılmasına baxmayaraq, valideynlər uşaqlarla birgə yolun hərəkət hissəsinə çıxırlar: "Məktəblərdə dərslərin başladığı, bitdiyi saatlarda orta məktəblərdən uşaqlarını götürən valideynlər onlarla birgə yolun hərəkət hissəsinə çıxırlar. Bu insanlar hətta öz mənfi hərəkətlərini ictimailəşdirəndə də çəkinmirlər".

K.Əliyev hesab edir ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı orta məktəblərdə dərs saatlarının sayı artırılmalıdır: "Bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən Təhsil Nazirliyinə müraciətlər də olunub. Çünki azyaşlılara elə uşaq vaxtından bu təhlükəsizlik qaydalarını aşılamaq lazımdır ki, gələcəkdə bu cür təhlükələrdən həyatlarını sığortalamış olsunlar. Yuxarı siniflərdə də bu cür dərs saatlarının keçirilməsi məqsədəuyğundur. Çünki yeni nəsil bu qaydalara riayət etsə, yaşlılar da edər. Amma indi yaşlı nəsil də, orta nəslin nümayəndələri də, yeniyetmələr də, uşaqlar da bu qaydaları pozur. Hətta uşaqlar bəzən böyüklərdən fərqli olaraq yolun hərəkət hissəsinə çıxmırlar. Tək olanda piyada keçidlərindən istifadə edirlər. Valideynlər bu cür hərəkətlərə yol verməməlidirlər, onlar ilk növbədə öz övladlarının təhlükəsizliyini düşünməlidirlər".

Tarix
2016.10.29 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla