Yuxarı

Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi

Məcburi köçkün statusuna yenidən baxılmalıdır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Ağdamda 100 minlik şəhər tikilir:

“Təxminən 10 min ağdamlının Ağdam qeydiyyatı yoxdur, başqa rayondan evlənibsə, köçkün sayılmır. Köçkün statusuna yenidən baxılsın və bu məsələyə aydınlıq gətirilsin. Adamın Ağdam qeydiyyatı yoxdursa, yaxud başqa yerə ərə gedibsə, o niyə ağdamlı sayılmamalıdır? Məsələn mənim atamın Ağdamda 6 otaqlı evi var, 5 bacı, 2 qardaşıq, bizə ev düşmür. O cümlədən, Bəxtiyar Əliyev də oturub, ona da və qardaşlarına da ev düşmür Ağdamda. Niyə düşmür?

Məsələn, mən 70-ci ildən Bakıda yaşayıram, amma məcburi köçkün statusum yoxdur. Mənim atamın mülkündə tikilən evdən niyə mənə verilməsin? Mən gedib Ağdamdan öz puluna ev almışam, niyə? Mənə də, qardaşıma da, bacılarıma da ev düşməyib. Niyə düşmür? Başqa şəhərlərdə ərə gediblər. Ya da qardaşım vəzifəsini dəyişib Ağcabədiyə, qeydiyyata düşüb və nəticədə adamın Ağdam qeydiyyatı ləğv olunub. Mən tək deyiləm, Ağdamdan mənə bununla bağlı çoxlu müraciət eləyənlər var”.

Sahibə Qafarova deputatın çıxışına etiraz edib:

“Bu qədər iş görülür və niyə bu işlərə ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Hardan, hansı ölkədən gətirib məskunlaşdırırlar? Ağdamlılar köçür. Siz bir dəfə də bu məsələni qaldırmışdınız, demişdiniz ki, ağdamlılara yer vermirlər. Onda da sizə demişdim, bəs kimə yer verirlər? Bu qədər iş görürlər, siz bu işlərə ləkə salırsınız. Siz də, Bəxtiyar müəllim də deputatdır, ayrı tribuna yox idi ki, bu qanun müzakirə olunanda deyəydiniz?”

Tarix
2026.10.30 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla