Yuxarı

Astarada sürüşmə: 16 istinad divarı çaya aşdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astarada sürüşmə: 16 istinad divarı çaya aşdı - Foto

Astarada sürüşmə hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında rayonun Vaqo kəndində, Pensərçayın sol sahilində qeydə alınıb.

1988-ci ildə inşasına başlanılan bəndlər ərazidə yağan aramsız yağışlar nəticəsində çayda su sərfinin artması və bəndlərin dib hissəsinin yuyulması səbəbindən uçub. Nəticədə 16 istinad divarı, ümumilikdə 20 metr uzunluğunda torpaq qatı ilə birlikdə çaya aşıb.

Sürüşmə nəticəsində bəzi sakinlərin məhəllədaxili hərəkət üçün istifadə etdiyi yolun kənar hissəsi də uçub.

Hazırda əraziyə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri və texnikaları cəlb olunub. Uçmuş bəndlərin cari təmirinə başlanılıb.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə, Regional Su Meliorasiya Xidmətinə və Layihə İnstitutuna məlumat verilib.

Tarix
2026.10.30 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla