Yuxarı

Gömrük işçilərinin vəzifə dəyişikliyi prosedurları yenilənir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrük işçilərinin vəzifə dəyişikliyi prosedurları yenilənir

Azərbaycanda gömrük qurumlarının vəzifəli şəxslərinin digər vəzifələrə təyin edilməsi ilə əlaqədar hazırkı qaydalara dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"yə düzəlişlər edilməsinə dair qanun layihəsi müzakirə olunub.

Sənədə uyğun olaraq, gömrük orqanlarının vəzifəli şəxslərinin başqa işə keçirilməsinə yalnız onların öz razılığı əsasında icazə verilir.

Bundan əlavə, gömrük qurumlarının vəzifəli şəxsləri yuxarı vəzifəyə irəli çəkildikdə, ailə şəraitinə, tibb komissiyasının rəyinə əsasən sağlamlıq vəziyyətinə, yaş həddinə görə, rotasiya prinsipi ilə, Azərbaycanda gömrük işini həyata keçirən icra hakimiyyəti orqanının göndərişi əsasında əyani təhsil müəssisələrinin əyani təhsil formasına qəbul edilmələri ilə əlaqədar vəzifədən azad olunduqdan sonra təhsillərini başa çatdırdıqda, ştatların ixtisar olunması nəticəsində bərabər vəzifəyə keçirilmələri mümkün olmadıqda, attestasiya nəticələrinə görə tutduqları vəzifəyə uyğun gəlmədikləri aşkar edildikdə və intizam cəzası qaydasında başqa işə keçirilirlər.

Qanun layihəsinə müvafiq olaraq, gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının aparılması qaydası Azərbaycanda gömrük işini icra edən icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.

Tarix
2026.10.30 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla