Yuxarı

Bu əməliyyatlar icbari tibbi sığortaya daxil edilsin – Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu əməliyyatlar icbari tibbi sığortaya daxil edilsin – Təklif

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi vacibdir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan “Ürək transplantasiyası həftəsi” çərçivəsində keçirilən konfransda Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, Azərbaycanda milli kök hüceyrə reyestri yaradılmalıdır:

“Böyrək transplantasiyasını gözləyən xəstələrin hemodializ, peritoneal dializ və genetik analiz xidmətlərindən yararlana bilməsi üçün müvafiq xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməlidir. Nazirlər Kabineti tərəfindən əsasnaməsi təsdiq edilmiş vahid informasiya sisteminin formalaşdırılması, eləcə də ən azı 10 min nəfər üzrə beş lokuslu HLA analizlərinin aparılması xidmətlərinin icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi vacibdir”.

O vurğulayıb ki, bunun əsas məqsədi Azərbaycan vətəndaşlarının transplantasiya əməliyyatları üçün xaricə getməsinin qarşısını almaq, eyni zamanda, xarici ölkələrin vətəndaşlarına donor dəstəyi göstərmək və onların müalicə üçün Azərbaycana gəlməsinə şərait yaratmaqdır.

Tarix
2026.10.31 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla