Yuxarı

PUA hücumu: AZAL təyyarəsi Bakıya uça bilmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
PUA hücumu: AZAL təyyarəsi Bakıya uça bilmədi

Rusiyanın bir neçə hava limanında kütləvi PUA hücumlarına görə onlarla aviareys gecikib, bəzi uçuşlar isə ləğv olunub.

Axar.az lent.az-a istinadla xəbər verir ki, oktyabrın 30-u axşam saatlarından 31-nə keçən gecə Moskvanın Şeremetyevo və Vnukovo, eləcə də Sankt-Peterburqun Pulkovo hava limanlarında uçuş cədvəllərində ciddi dəyişikliklər baş verib.

Gecikmələr əsasən Dubay, Antalya, İstanbul, Soçi və Mərkəzi Asiya şəhərlərinə uçan sərnişinlərə təsir edib.

Məlumata görə, Azərbaycan Hava Yollarına (AZAL) məxsus J2 182 nömrəli Bakı reysi də gecikən uçuşlar arasındadır. Təyyarənin uçuşu saat 13:45-ə təxirə salınıb.

Bundan başqa, “EgyptAir” aviaşirkətinin Şarm əş-Şeyx istiqamətində MS 728 nömrəli reysinin uçuşu saat 11:00-a keçirilib.

Rusiya hava limanlarında bəzi aviareyslərin gecikməsi bir neçə saat davam edib, bir sıra uçuşlar isə tamamilə ləğv olunub.

Tarix
2026.10.31 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla