Yuxarı

Qusmanın məşhur proqramı efirə qayıdır - Azərbaycanda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qusmanın məşhur proqramı efirə qayıdır - Azərbaycanda

Bu gün saat 22:30-da CBC telekanalında “Mixail Qusmanın hakimiyyət formulu” (Формула власти Михаила Гусмана) proqramının premyerası olacaq. Yeni layihə müəyyən mənada 25 il ərzində efirdə yayımlanan və geniş tanınan “Hakimiyyət formulu” proqramının davamı olmaqla yanaşı, eyni zamanda yeni silsilənin başlanğıcını qoyur.

Axar.az xəbər verir ki, bu barədə Mixail Qusman Trend-ə geniş açıqlama verib.

“Bu təvazökar hadisəyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Bu gün CBC telekanalında rus dilində “Mixail Qusmanın hakimiyyət formulu” proqramının premyerası olacaq. Artıq gələn cümə axşamı isə proqram Azərbaycan İctimai Televiziyasında Azərbaycan dilində yayımlanacaq. Bundan əlavə, proqramın ingilis dilində də yayımlanmasını nəzərdə tuturuq və onu bu istiqamətdə hazırlayırıq”, - deyə Qusman bildirib.

O, Şuşada keçirilən Qlobal Media Forumunu xatırladaraq, həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı sualdan danışıb.

“O zaman bildirmişdim ki, vətənə qayıtdıqdan sonra həyat təcrübəmi tətbiq edə biləcəyim müxtəlif layihələrlə məşğul olmaqdan məmnunluq duyardım. Açığını desəm, özümü təqaüdə çıxmış bir insan rolunda nə əvvəllər təsəvvür edirdim, nə də indi təsəvvür edirəm. Lakin sualımdan sonra hörmətli cənab Prezident İlham Heydər oğlu Əliyev tərəfindən ünvanıma səsləndirilən sözlər məni təkcə ruhlandırıb böyük minnətdarlıq hissi doğurmadı, həmçinin anladım ki, respublikada baş verən möhtəşəm hadisələrdən və həyata keçirilən işlərdən kənarda qalmağa haqqım yoxdur. Təcrübəmin ən çox fayda verə biləcəyi sahələrdə özümü bütövlükdə ölkəmə xidmətə həsr etməliyəm”, - deyə o qeyd edib.

“Mən informasiya və media sahəsində bir sıra müxtəlif layihələr təklif etdim. Onların bir çoxu dəstəkləndi. Lakin hazırda ilk növbədə, “Mixail Qusmanın hakimiyyət formulu” adlanacaq yeni proqram silsiləsi barədə danışmaq istərdim. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, bu proqramın beynəlxalq nüfuzu və tanınmışlığı da var”, - deyə Qusman əlavə edib.

Onun sözlərinə görə, yeni proqram zahirən əvvəlki layihəyə bənzəyəcək, lakin əsas diqqət tamamilə fərqli məqamlara yönəldiləcək.

“Rusiya televiziyasında yayımlanan “Hakimiyyət formulu” proqramı daha çox ölkələr və proqramın qəhrəmanları – dövlət başçıları və ya beynəlxalq təşkilatların rəhbərləri haqqında söhbət idisə, yeni silsilədə müasir dünyada özünəinamlı və fəal beynəlxalq aktor kimi Azərbaycanın rolundan daha geniş bəhs etmək istərdim. Bu, ölkəmizin müxtəlif dövlətlərlə münasibətləri, dünya liderlərinin Azərbaycana və Prezidentimizə münasibəti vasitəsilə təqdim olunacaq. Başqa sözlə, bu, “Azərbaycan müxtəlif ölkələrin və müxtəlif liderlərin güzgüsündə” proqramı olacaq”, - deyə o vurğulayıb.

Proqram ayda iki dəfə CBC və Azərbaycan İctimai Televiziyasında yayımlanacaq.

“Hörmətli oxucularımız üçün bir sirri də açım: artıq BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosla müsahibə hazırlamışam. Bu müsahibə ilə proqram silsiləsinin ilk buraxılışı bu gün başlayacaq. Bundan başqa, Keniya, Slovakiya, İsrail, Laos prezidentləri və İSESKO-nun baş direktoru ilə də müsahibələrim olub. Onlar gələcək proqramlarımızın qəhrəmanları olacaqlar”, - deyə Qusman bildirib.

Tarix
2026.10.31 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla