Yuxarı

Diqqət: Prezidentin rəsmi sosial şəbəkə hesabları bunlardır!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: Prezidentin rəsmi sosial şəbəkə hesabları bunlardır!

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdirə bilər. Süni intellekt vasitəsilə insanın səsini təqlid etmək və söyləmədiyi sözləri onun adından səsləndirmək də mümkündür. Buna görə belə materiallara münasibət bildirərkən və onları paylaşarkən mənbəni yoxlamaq vacibdir.

Axar.az Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını oxucuların diqqətinə çatdırır:

- X (Twitter): "twitter.com/azpresident" (https://twitter.com/azpresident)

- Instagram: "instagram.com/presidentaz" (https://www.instagram.com/presidentaz/)

- Facebook: "facebook.com/PresidentIlhamAliyev" (https://www.facebook.com/PresidentIlhamAliyev)

- Youtube: "youtube.com/@presidentaz" (https://www.youtube.com/@presidentaz)

Bu hesabların hər birinə keçid Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində - "president.az" (https://president.az/) saytında yerləşdirilib. Həmin sayta daxil olaraq rəsmi hesablara birbaşa keçmək mümkündür.

Hesabın Prezidentin adını daşıması, profilində onun şəklinin olması və çoxsaylı izləyici toplaması oradakı paylaşımların etibarlılığını təsdiqləmir.

Oxucuları dövlət başçısının fəaliyyəti barədə məlumatları president.az saytından və orada göstərilən rəsmi sosial şəbəkə hesablarından izləməyə çağırırıq.

Paylaşmazdan əvvəl yoxlayın. Rəsmi mənbəyə istinad edin.

Tarix
2026.10.31 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla