Yuxarı

Oktyabrda hava normadan 3 dərəcə yuxarı olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oktyabrda hava normadan 3 dərəcə yuxarı olub

Azərbaycanda oktyabrda hava iqlim normasından 3 dərəcə yuxarı olub.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ay ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 25 gün normadan yuxarı (1–8 dərəcə), 3 gün normadan aşağı (1–6 dərəcə) olub. 3 gün temperatur iqlim norması daxilində müşahidə edilib. Orta aylıq temperatur 19 dərəcə isti olub ki, bu da iqlim normasından 3 dərəcə yuxarıdır.

Bakı və Abşeron yarımadasında maksimal temperatur oktyabrın 18-də Sumqayıtda 30 dərəcə isti, bölgələrdə isə oktyabrın 14-də Zəngilanda 34 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında oktyabrın 4-də Bakıda 10 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə həmin tarixdə Şahdağda 5 dərəcə şaxta olub.

Oktyabr ayının bəzi günlərində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunub, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv, leysan xarakterli və güclü olub. Dağlıq ərazilərə sulu qar və qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Qrızda (Quba) 10 sm qeydə alınıb. Ümumilikdə, ay ərzində bölgələrdə 30 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı Mərkəzi Aran zonasında aylıq normanın 441 faizi olmaqla 199 mm (Neftçala), Balakən–Şəki zonasında aylıq normanın 238 faizi olmaqla 206 mm (Şəkinin Kişçay ərazisi), Bakı və Abşeron yarımadasında isə aylıq normanın 448 faizi olmaqla 84 mm (Neft Daşları) təşkil edib.

Oktyabr ayı ərzində Yardımlı və Gədəbəy rayonlarının bəzi ərazilərində, Zaqatala rayonunun Yuxarı Tala kəndində, Şəki rayonunun Oxud və Kişçay kəndlərində, eləcə də Şahbuz rayonunun Biçənək kəndində dolu müşahidə olunub. Ən iri dolu oktyabrın 10-da Yardımlı rayonunda qeydə alınıb, diametri 18–20 mm olub.

Ay ərzində Bakı və Abşeron yarımadasında 4 gün, bölgələrdə isə 11 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 20 m/s təşkil edib.

Tarix
2026.11.02 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla