Yuxarı

Kontakt-da sifarişlə mebel: bir gün gecikərsə, 20% endirim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kontakt-da sifarişlə mebel: bir gün gecikərsə, 20% endirim

Ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən biri olan Kontakt-da evinizin ölçüsünə və istəyinizə uyğun mətbəx mebeli, qonaq otağı mebeli, yataq otağı mebeli, qarderob və digər mebellər sifariş edə bilərsiniz. Sifarişlər üçün 24 ayadək faizsiz kredit imkanı var. Mebelin təhvil tarixi əvvəlcədən razılaşdırılır. Həmin tarixdən hətta bir gün gecikmə olarsa, sizə 20% endirim təqdim olunur.

Sifarişlə mətbəx mebeli hazırladarkən məkanın ölçüsü, məişət texnikasının yeri və sizin istəkləriniz nəzərə alınır. Digər özəl mebel sifarişlərində də ölçü, rəng, material və bölmələr ehtiyacınıza uyğun seçilir.

Mebel istehsala verilməzdən əvvəl sizə onun üçölçülü görüntüsü göstərilir. Beləliklə, mebelin evinizdə necə görünəcəyini əvvəlcədən görə bilərsiniz. Layihəni təsdiqləyənədək rəng, ölçü, material və digər detallarda dəyişiklik etmək mümkündür.

İlk müraciətdən mebelin quraşdırılıb təhvil verilməsinə qədər sizinlə fərdi assistent əlaqədə olur. Sifarişinizin hansı mərhələdə olduğunu öyrənmək və suallarınıza cavab almaq üçün bir nəfərə müraciət etməyiniz kifayətdir. Assistent bütün prosesi izləyir və yaranan məsələlərin həllinə kömək edir.

Mebelin hazırlanma müddəti görüləcək işə uyğun müəyyən olunur. Bu müddətə istehsal, çatdırılma və quraşdırılma daxildir. Siz də mebelinizi nə vaxt təhvil alacağınızı bilərək evinizlə bağlı digər işləri planlaşdıra bilərsiniz.

Mebellər Almaniyanın HOMAG brendinin avadanlıqları ilə hazırlanır. Hissələri birləşdirmək üçün istifadə olunan Minifix sistemi mebeli sonradan söküb yenidən yığmağa imkan verir. Bu da köçərkən onun daşınmasını asanlaşdırır.

Hər bölmə ayrıca qablaşdırılaraq ünvanınıza çatdırılır və yerində yığılır. Əlavə kəsim və deşmə işləri istehsalda tamamlanır. Quraşdırılmadan sonra mebel sizinlə birlikdə yoxlanılır və təhvil-təslim sənədi imzalanır.

Hazırlanan mebellərin korpus hissəsinə 2 il, istifadə olunan mexanizmlərə isə 25 ilədək zəmanət verilir. Rəsmi servis xidməti də mövcuddur. Zəmanətə daxil olan istehsal qüsurları müvafiq zəmanət müddətində ödənişsiz aradan qaldırılır.

Sifarişlə mebel modelləri, material və aksesuar çeşidi ilə tanış olmaq üçün mebel satışı olan istənilən Kontakt mağazasına yaxınlaşa bilərsiniz. Onlayn müraciət üçün isə kontakt.az saytının “Mətbəx” və “Özəl mebel” bölmələrinə daxil olaraq modellərə baxa və dizayner xidmətinə müraciət edə bilərsiniz.

Mebellə yanaşı, eviniz üçün məişət texnikası, televizor, qab-qacaq, tekstil və digər əşyaları da Kontakt-dan seçə bilərsiniz. Bir dəfə sifariş edib, ödənişi hissələrə bölərək eviniz üçün alış-verişi bir ünvandan tamamlaya bilərsiniz.

Tarix
2026.11.02 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla