Yuxarı

9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi

Bakıda qeyri-adi hadisə baş verib. 30 yaşlarında olan qadın 9 ay boyunca hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə cərrah mama-ginekoloq İlhamə Nağıyeva məlumat yayıb.

Həkimin sözlərinə görə, gecə saat 03:00 radələrində qanaxma və qarında gücənmə xarakterli ağrılarla bağlı təcili tibbi yardım çağırışı daxil olub:

"Müayinə zamanı qadının 38 həftəlik hamilə olduğu məlum olub. Pasiyentlə ilkin anamnez toplayarkən qadın hamiləlik ehtimalını qəti şəkildə inkar edib. Pasiyent qalın, üst-üstə geyinilmiş paltarlarda idi. Xarici görünüşünə əsasən hamiləlik müddətini qiymətləndirmək belə halda çətin ola bilir. Şikayətlərinə və anamnezə əsasən müayinəni davam etdirirəm. Uzadıb qarnını müayinə etmək üçün açıram və USM-ə hazırlayıram. Qarın hamiləliyə uyğun böyükdür. USM-də dölyanı mayenin bitdiyi, dölün diri olduğu və 38 həftəlik hamiləlik müəyyən edilir".

İ.Nağıyeva qeyd edib ki, qadının arterial təzyiqi 213/120, başında kəskin ağrı, görməsində pozğunluq var idi:

"Təcili qeysəriyyə əməliyyatına aldıq. Çapıq tamamilə nazilib və uşağın saçı görünür. Çünki tam düz bir il əvvəl, eyni tarixdə qeysəriyyə əməliyyatı keçirib. Bu qadınınmı bəxti gətirdi, mənimmi bəxtim gətirdi, bilmirəm. Hər halda, şükür ki, ikisi də sağ-salamatdır. Bir az da geciksə və ya diqqətdən qaçsa, itirilmə ehtimalı yüksək olan xəstə idi. Evdə 4 uşağı var. Buna baxmayaraq, hamilə olduğunu, uşağın tərpənməsini, qarnının böyüməsini anlamadığını deyir. Bu cür riskli xəstə bu müddətdə bir dəfə belə həkimdə olmayıb. Hamiləlik bəzən qadının özü tərəfindən belə hiss edilməyə bilər, amma bu, hamiləlik nəzarətinin əhəmiyyətini azaltmır. Sağlamlığınıza biganə olmayın!!!”

Tarix
2026.11.02 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla