Yuxarı

Pakistanlı influenserlər Azərbaycanda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanlı influenserlər Azərbaycanda - Foto

"Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində Azərbaycana səfər edən pakistanlı 10 influenser Azərbaycanın mədəni irsi, tarixi və turizm imkanları ilə tanış olublar.

Bu barədə Axar.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Bakı, Gəncə, Şuşa və Xankəndini əhatə edən səfər çərçivəsində iştirakçılara Azərbaycanın müxtəlif turizm istiqamətləri və onların xüsusiyyətləri barədə məlumat verilib.

Proqram çərçivəsində influenserlər Bakının müasir şəhər mühiti, eləcə də Gəncənin tarixi və mədəni irsi ilə tanış olublar. İştirakçılara şəhərlərin memarlıq nümunələri, milli-mədəni dəyərləri və turizm imkanları barədə məlumat təqdim edilib.

"Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində təşkil olunan səfər zamanı iştirakçılar Qarabağ və Şərqi Zəngəzurun tarixi və mədəni əhəmiyyəti, eləcə də ərazidə aparılan bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıblar. Həmçinin bölgədə formalaşan turizm infrastrukturu və ziyarətçilər üçün yaradılan imkanlar diqqətə çatdırılıb.

İnfoturun məqsədi Pakistan auditoriyasında Azərbaycanın turizm imkanları barədə məlumatlılığı artırmaq, paytaxtla yanaşı, digər şəhər və bölgələrə marağı təşviq etməkdir. Səfər iştirakçılarının təəssüratlarını öz rəqəmsal platformalarında paylaşması vasitəsilə ölkəmizin turizm istiqamətlərinin daha geniş auditoriyaya tanıdılması nəzərdə tutulur.

Tarix
2026.11.02 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə xoş xəbər - Qərar

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla