Yuxarı

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə “Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan edir.

ADY-dən Axar.az-a verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan dəmir yolunun tarixini, inkişafını və müasir nailiyyətlərini fotoqrafiya vasitəsilə təbliğ etmək, dəmir yollarının ölkənin sosial-iqtisadi həyatındakı rolunu ictimaiyyətə çatdırmaq, bədii-sənədli fotosalnaməni zənginləşdirmək və yaradıcı potensialı üzə çıxarmaqdır.

Fotomüsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hər kəs iştirak edə bilər.

Müsabiqə 3 noyabr – 7 dekabr tarixlərində keçiriləcək. Bu müddətdə fotoaparat, smartfon və dronla çəkilmiş fotolar müsabiqəyə qəbul olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə uyğun fotoşəkilləri müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə [email protected] elektron ünvanına göndərməlidirlər.

Müsabiqəyə göndərilən nümunələr peşəkar fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirəcək.

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqənin şərtləri:

- Fotolar Azərbaycan dəmir yolları mövzusuna aid olmalıdır;

- Hər iştirakçı ən çox 5 foto təqdim edə bilər;

- Fotolar ağ-qara və ya rəngli və JPEG (JPG) formatında olmalı, uzun tərəfi 1500 piksel təşkil etməlidir;

- Fotoların üzərinə müəllif imzası və ya loqo yerləşdirmək qadağandır;

- Fotonun adında müəllifin adı, soyadı və əsərin adı göstərilməlidir;

- Yalnız rəng balansı, kontrast və buna bənzər düzəlişlərə icazə verilir;

- Süni intellektlə hazırlanmış və ya dəyişdirilmiş fotolar qəbul olunmur;

- Fotolarda əks olunan şəxslərin razılığının alınması fotoqrafın məsuliyyətindədir;

- Qalib gələcək fotoların orijinal versiyası müəllifdən tələb olunacaq.

Mükafatlandırma:

Müsabiqədə I, II və III yerlərə layiq görülmüş fotoşəkillərin müəlliflərinə pul mükafatları və müvafiq dərəcəli diplomlar təqdim olunacaq:

- I yer – 500 AZN

- II yer – 300 AZN

- III yer – 200 AZN

İştirakçıların hər birinə “İştirakçı sertifikatı” təqdim olunacaq. Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət sərgi keçiriləcək.

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqədə iştirakla bağlı sualları təşkilatçılara ünvanlaya bilərsiniz.

Əlaqə nömrəsi: +994 51 526 87 28

Tarix
2026.11.02 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla