Tramp müharibəyə görə günah keçisi axtarır - KİV
18:34
| Ana səhifə Toplum |
|
Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb.
Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib. Yeni səhiyyə naziri Anar Bayramovun təyinatından sonra isə o vəzifəsindən ayrılmaq qərarı verib.
Qeyd edək ki, E.Səmədov Aprel döyüşləri zamanı 4 günlük müharibədə 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı keçirib və Azərbaycan Prezidenti tərəfindən Hərbi xidmətdə Fərqlənmə medalı ilə təltif edilib.
|
Tarix
2026.11.02 / 17:50
|
Müəllif
Axar.az
|