Yuxarı

Bu veteranlar təltif olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu veteranlar təltif olundu - Foto

Baş Prokurorluqda veteran əməkdaşlar Çingiz Yavər oğlu Məmmədovun 75, Əziz Cəfər oğlu Seyidovun isə 70 illik yubileyləri münasibətilə tədbir keçirilib.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, tədbirdə Baş prokuror Kamran Əliyev çıxış edərək veteranları əlamətdar yubileyləri münasibətilə təbrik edib, onların uzunillik və səmərəli xidmətlərinin prokurorluq orqanlarının formalaşması və inkişafında, qanunçuluğun möhkəmləndirilməsində, dövlət və cəmiyyət qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsində mühüm rol oynadığını vurğulayıb.

Baş prokuror tərəfindən yubilyarlara "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalları təqdim edilib.

Veteran prokurorluq işçiləri çıxışlarında uzun illər ərzində prokurorluq orqanlarında fəaliyyət göstərməyin onlar üçün böyük şərəf və qürur mənbəyi olduğunu bildiriblər. Onlar prokurorluq sistemində son dövrlərdə həyata keçirilən genişmiqyaslı islahatları, istintaq fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımları, ağır və mürəkkəb cinayət işlərinin araşdırılmasında əldə olunan müsbət nəticələri, habelə Azərbaycan Prokurorluğunun beynəlxalq nüfuzunun yüksəldilməsi və beynəlxalq əməkdaşlığın inkişafı sahəsində görülən işləri məmnunluqla qeyd ediblər. Veteranlar, həmçinin qurumun rəhbərliyi tərəfindən keçmiş əməkdaşlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, yubiley medalları ilə təltif olunmalarına görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tarix
2026.11.02 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi bu jesti etdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla