Yuxarı

İdman zallarında qəfil ölümlərin gizli səbəbi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdman zallarında qəfil ölümlərin gizli səbəbi

Bakıda idman zalında daha bir ölüm hadisəsi qeydə alınıb. Nizami rayonu ərazisindəki idman zallarından birində məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, gəncin ölümünə ürək çatışmazlığı səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Fitnes zalı necə seçilməlidir?

Təəssüf ki, Azərbaycanda idman zamanı qəfil ölüm halları ilk dəfə baş vermir. 2021-ci il oktyabrın 22-də Səbail rayonundakı idman zallarından birində 1991-ci il təvəllüdlü fitnes məşqçisi Teymur Məmmədrzayev vəfat edib. 2023-cü il martın 10-da 40 yaşlı Həsən Quliyev Bakıda idman zalında məşq edərkən qəfil halı pisləşərək dünyasını dəyişib. Həmin ilin mayında isə “Qarabağ” futbol klubunun futbolçusu Şirxan Həsənzadə məşq zamanı ürəyinin dayanması nəticəsində həyatını itirib.

Axar.az xəbər verir ki, 2025-ci il sentyabrın 29-da isə əməkdar artist Cabir İmanov 49 yaşında idman zalında məşq edərkən vəfat edib.

Bu hadisələr idmanla məşğul olmağın sağlamlıq üçün faydaları ilə yanaşı, nəzarətsiz və düzgün planlaşdırılmamış fiziki yüklənmənin yarada biləcəyi təhlükələri də gündəmə gətirir. Xüsusilə gənclər arasında qısa müddətdə əzələ kütləsini artırmaq istəyi, ağır çəkilərlə məşq etmək, məşq proqramını orqanizmin imkanlarına uyğun seçməmək və steroid preparatlarından istifadə əlavə risklər yarada bilər.

Digər tərəfdən, idman zallarında tibbi təhlükəsizlik məsələsi də diqqət tələb edir. Məşq zamanı insanın vəziyyəti qəfil pisləşərsə, zal əməkdaşları ilkin tibbi yardımı göstərə bilirlərmi? Onlar ürək-ağciyər reanimasiyası qaydalarını bilirlərmi? Zallarda avtomatik xarici defibrilyator (AED) və təcili müdaxilə üçün zəruri avadanlıqlar varmı? Məşqçilərin tibbi hazırlığı və zalların fövqəladə hallara hazırlıq səviyyəsi nə dərəcədə qənaətbəxşdir?

Kardioloq Jalə Abbasova Musavat.com-a söyləyib ki, son vaxtlar gənclərdə qəfil ölüm hallarının mümkün səbəblərindən biri anadangəlmə damar patologiyaları, eləcə də zərərli vərdişlər ola bilər:

“Bunlar erkən yaşlarda qəfil ölüm riskini artıran amillərdəndir. Digər mühüm səbəblərdən biri isə gizli, yəni əvvəlcədən aşkarlanmayan ritm pozğunluqlarıdır. Adətən ilkin müayinə zamanı elektrokardioqramma (EKQ) çəkilir, daha sonra isə xəstəyə Holter cihazı taxılaraq ürək ritmi müəyyən müddət ərzində izlənilir. Lakin bəzən bu müayinələrin nəticələrində heç bir problem aşkarlanmır”.

Həkimin sözlərinə görə, təcrübədə elə hallar olub ki, pasiyent idman zalında məşq edərkən narahatlıq hiss edib:

“Holter müayinəsi aparılsa da, hər hansı pozuntu qeydə alınmayıb. Lakin şikayətlər nəzərə alınaraq əlavə müayinələr, o cümlədən elektrofizioloji müayinə aparıldıqda gizli ritm pozğunluqları aşkar edilib və bundan sonra müvafiq müdaxilə olunub. Buna görə də ilk növbədə bu amillər nəzərə alınmalıdır. Düzgün və əhatəli müayinələr aparılmalıdır. Xüsusilə ailəsində vaxtından əvvəl qəfil ölüm halları olan şəxslər heç bir şikayətləri olmasa belə, əvvəlcədən kardioloji müayinədən keçməlidirlər”.

Həkim qeyd edib ki, idman zamanı hər hansı narahatlıq, ürəkdöyünmə və ya digər şikayət yaranarsa, bunu gözardı etmək olmaz.

Tarix
2026.11.02 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla