Yuxarı

Sabah Mingəçevirdə işıq olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah Mingəçevirdə işıq olmayacaq

Sabah Ağdaş, Yevlax və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir işləri aparılacaq.

Axar.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Qeyd olunub ki, Ağdaşda 10 kV-luq bir sıra hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Binələr, Cücük, Davudlu, Gürcüva, Malay, Maşad, Pirəyir kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yevlaxda 10 kV-luq "Nasos" hava xəttində həyata keçiriləcək təmir işləri zamanı Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq. Həmçinin 10 kV-luq "Nemətabad" hava xəttində təmir işləri icra olunarkən planlı fasilə eyni saatlarda Xaldan, Qaraoğlan, Qəribli, Quşcu kəndlərini də əhatə edəcək.

Bildirilib ki, Mingəçevirdə 110/35/6 kV-luq "Karxana" yarımstansiyasından çıxan 6 kV-luq hava xəttində təmir işləri yerinə yetiriləcək. Həmçinin elektrik xəttinə toxunan ağaclar budanacaq. Beləliklə, saat 10:00-dan 15:00-dək 20 Yanvar, Müslüm Maqomayev və Sahil küçələrində enerjinin verilişi məhdudlaşdırılacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Tarix
2026.11.02 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla