Yuxarı

Bakıda sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Bakıda orta məktəbdə sinif yoldaşını üzərinə tezalışan maddə tökərək yandırmaqda təqsirləndirilən 2010-cu il təvəllüdlü T.Təhməzovun barəsində başlanılmış cinayət işində ittiham ağırlaşdırılıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanılsa da sonradan ittiham Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsinə dəyişdirilib.

Hazırda faktla bağlı cinayət işinin istintaqı dəyişdirilib.

Xatırladaq ki, hadisə bu il aprelin 20-də Bakıdakı 286 saylı orta məktəbdə 9-cu siniflərin birində dərs zamanı baş verib. Təhsil müəssisəsinin 9-cu sinif şagirdi T.Təhməzov sinif yoldaşı M.Vəliyevlə mübahisə edib. Mübahisədən sonra Təhməzov özü ilə gətirdiyi plastik qabda olan tezalışan maddəni (spirt - red.) Vəliyevin üzərinə tökərək ona od vurub. Hadisə nəticəsində M.Vəliyev ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Şagirdin vəziyyəti ağır olduğundan o, Türkiyədəki klinikalardan birinə köçürülüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən T.Təhməzov saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2026.11.03 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla