Yuxarı

Bu zabitlər daha tez rütbə alacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu zabitlər daha tez rütbə alacaq

Silahlı Qüvvələrdə magistratura və rezidenturanı bitirən, həmçinin doktoranturada təhsilini başa vuraraq elmi dərəcə alan zabitlərin hərbi rütbədə olma müddəti bir il azaldılacaq.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) sifarişi əsasında ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsini müvəffəqiyyətlə bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddəti ali təhsilin göstərilən səviyyələrinin hər biri üzrə bir dəfə olmaqla bir il azaldılacaq.

Məlumat üçün bildirək ki, qüvvədə olan qanunvericiliyə görə, hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olmuş, nümunəvi xidmət edən və hərbi xidmət vəzifələrini yerinə yetirən hərbi qulluqçulara həvəsləndirmə qaydasında vaxtından əvvəl növbəti hərbi rütbə əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddətinin ən azı yarısı keçdikdə (müharibə dövründə xidmət müddətindən asılı olmayaraq) və ya əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər.

Zabitlərə həvəsləndirmə qaydasında polkovnik (1-ci dərəcəli kapitan) hərbi rütbəsi də daxil olmaqla vaxtından əvvəl və ya onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə bütün xidmət dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir dəfə verilə bilər.

Fərmana əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Tarix
2026.11.03 / 13:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla