Yuxarı

"Azercell"in bu layihəsi 2 beynəlxalq festivalda 5 mükafat qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell"in bu layihəsi 2 beynəlxalq festivalda 5 mükafat qazandı

Azercell-in “Oflayn Qadınlar” sosial layihəsi beynəlxalq uğurlarını davam etdirir.

Zorakılıqla üzləşən və ya zorakılıq riski altında olan qadınların məlumat və yardım resurslarına çıxışını asanlaşdıran təşəbbüs Daşkənd Reklam Festivalı — TAF!26-da bir qızıl və iki gümüş, Batumidə keçirilən Ad Black Sea beynəlxalq yaradıcılıq festivalında isə bir gümüş və bir bürünc mükafata layiq görülüb.

TAF!26-da “Oflayn Qadınlar” layihəsi “Sosial və KSM kampaniyaları” kateqoriyasının “Ən yaxşı sosial təsir kampaniyası” nominasiyası üzrə qızıl mükafat qazanıb. Layihə, həmçinin “Yaradıcılıq və icra ustalığı” kateqoriyasında “Ən yaxşı kreativ strategiya” və “Media kampaniyaları” kateqoriyasında “Ən yaxşı inteqrasiya olunmuş media kampaniyası” nominasiyaları üzrə iki gümüş mükafatla təltif olunub.

Regionun biznes, marketinq və yaradıcılıq sənayesi nümayəndələrini bir araya gətirən TAF!26 festivalında 2 000-dən çox iştirakçı və 70-dən çox yerli və beynəlxalq ekspert iştirak edib. Müsabiqəyə 35 nominasiya üzrə 483 kreativ layihə təqdim olunub.

Ad Black Sea festivalında isə təşəbbüs sosial təsiri və yaradıcı icrasına görə fərqlənib. “Oflayn Qadınlar” “Dayanıqlı İnkişaf Məqsədləri / İnsanlar” kateqoriyasında gümüş, “Kino sənəti / Rejissor işi” kateqoriyasında isə bürünc mükafat qazanıb. Reklam və yaradıcılıq sənayesini bir araya gətirən festivalın builki müsabiqəsində müxtəlif ölkələrdən təqdim edilmiş 400-dən çox iş qiymətləndirilib.

“Oflayn Qadınlar” zorakılıq halları və riskləri barədə hüquqi və praktiki məlumatları, eləcə də mövcud yardım mexanizmlərini qadınlar üçün daha əlçatan edən rəqəmsal platformadır. Layihənin əsas üstünlüklərindən biri platformaya internet paketi və balans olmadan da daxil olmaq imkanıdır. Azercell abunəçiləri aktiv internet paketləri və ya balanslarında vəsait olmadığı halda belə oflaynqadinlar.az saytından istifadə edərək məlumat və dəstək resurslarına çıxış əldə edə bilirlər.

Tarix
2026.11.03 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla