Yuxarı

Azərbaycanda orta maaş 1288 manata çatacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda orta maaş 1288 manata çatacaq

2027-ci ildə Azərbaycanda orta aylıq əmək haqqının 1288,3 manat olacağı proqnozlaşdırılır.

Axar.az xəbər verir ki, bu göstərici Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda əksini tapıb.

Proqnoza əsasən, ölkə üzrə orta aylıq əmək haqqının 8,7 faiz artacağı gözlənilir.

Bu göstərici gələn ilin gəlir vergisi daxilolmalarının hesablanmasında da nəzərə alınıb. Fiziki şəxslərin gəlir vergisi üzrə büdcə daxilolmalarının 29 faiz artaraq 3 milyard 70 milyon manata çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 1288,3 manat ölkə üzrə orta aylıq əmək haqqı proqnozudur və hər bir işçinin maaşının bu məbləğə yüksəlməsi demək deyil.

Tarix
2026.11.04 / 11:26
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla