Yuxarı

Gələn il müdafiə xərclərinə nə qədər vəsait ayrılacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gələn il müdafiə xərclərinə nə qədər vəsait ayrılacaq?

2027-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 816 milyon 400 min manat vəsait yönəldiləcək ki, bu da 2026-cı illə müqayisədə 98 milyon 800 min manat və ya 1.1 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 748 milyon 400 min manat və ya 9.3 faiz çoxdur.

Axar.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2023-cü illə müqayisədə 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsində xərclərində xüsusi çəkisi 4.7 faiz bəndi, mütləq ifadədə isə 2 milyard 961.6 milyon manat və ya 1.5 dəfə artıb.

2027-ci ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə 3 milyard 438 milyon 600 min manat vəsait yönəldiləcək ki, bu da 2026-cı illə müqayisədə 102.3 milyon manat və ya 3.1 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 518.3 milyon manat və ya 17.7 faiz çox təşkil edir.

Müdafiə və hüquq mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan vəsait 2027-ci ilin dövlət büdcəsində nəzərə alınıb.

Tarix
2026.11.04 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla