Yuxarı

Sosial yardıma 470 milyon manat ayrılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosial yardıma 470 milyon manat ayrılacaq

2027-ci ildə ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün büdcədən 470 milyon manat ayrılması planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.

Sosial müavinətlər, Prezident təqaüdləri və müvafiq kateqoriyadan olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması xərcləri üçün isə ümumilikdə 2 milyard 247 milyon manat nəzərdə tutulur.

Bu vəsait yaşa, əlilliyə, ailə başçısını itirməyə görə və digər sosial müavinətləri, həmçinin müharibə veteranlarına, şəhid ailələrinə və digər müvafiq kateqoriyalara ödənilən Prezident təqaüdlərini əhatə edir.

Ümumilikdə, gələn il sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 914 milyon manat proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 41 milyon manat çoxdur.

Tarix
2026.11.04 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla