Yuxarı

2027-ci ildə orta illik inflyasiya... - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2027-ci ildə orta illik inflyasiya... - Nazir

Növbəti il üçün xam neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb. Əlbəttə ki, bugünkü geosiyasi vəziyyəti qiymətləndirdikdə, böyük ehtimalla neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük. Lakin fiskal çərçivənin qorunması, ortamüddətli dövr üzrə vahid fiskal intizamın və proqnozlaşdırmanın tətbiqi üçün biz konservativ yanaşma ilə 65 dollar proqnozunu rəhbər tutmuşuq.

Axar.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.

O bildirib ki, növbəti ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır, manatın məzənnəsi isə 1,7 manat məbləğində müəyyən edilib:

“Dövlət borcu olaraq 2026-cı ilin sonuna proqnozumuz 20 faizdir. Yəni ÜDM-in 20 faizi həddində dövlət borcunu biz proqnozlaşdırırıq. Ortamüddətli dövrün sonuna, yəni 2030-cu ilə bu rəqəmin demək olar ki, eyni qalacağını, 20,3 faiz olaraq reallaşacağını proqnozlaşdırırıq”.

“Bugünkü vəziyyətə bizim ümumi dövlət borcumuz 23,9 milyard manatdır. Bu, cari ilin əvvəli ilə müqayisədə 2,8 faiz bəndi azdır. Azərbaycan bu gün dövlət borcunun ÜDM-ə nisbəti göstəricisi üzrə dünyada ən yaxşı göstəricilərdən birinə malik olan dövlətdir. Borc portfelimizin 16,2 milyard manatı daxili dövlət borcu, 7,7 milyard manatı isə xarici dövlət borcudur”, - deyə S.Babayev qeyd edib.

Tarix
2026.11.04 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla