Bakıda BMV klinikaya çırpıldı - Foto
14:12
| Ana səhifə Toplum |
|
Paytaxtın Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, yol ayrıcında baş verən qəza zamanı BMV və “Hunday” markalı avtomobillər toqquşub.
Zərbənin təsirindən BMV markalı avtomobil yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılıb. Klinikanın şüşələri sınıb.
Hadisə nəticəsində xəsarət alan şəxslər yaxınlıqdakı klinikaya yerləşdiriliblər.
|
Tarix
2026.11.04 / 14:12
|
Müəllif
Axar.az
|