Ölkədə bu universitet üçün 51 milyon ayrılır
20:12
| Ana səhifə Toplum |
|
Qarabağ Universitetində tələbə sayı 5 minə çatdırılacaq, universitetin fəaliyyətinə isə 51 milyon manat ayrılacaq.
Axar.az Bizim.media-ya istinadla xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Məlumata görə, 2024/2025-ci tədris ilindən etibarən universitetdə tələbə sayının 5 minədək artırılması və onların yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.
Qarabağ Universitetinin fəaliyyətinin 2027-ci ildə təmin edilməsi məqsədilə 51 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu, cari illə müqayisədə 12 milyon manat və ya 30,8 faiz çoxdur.
|
Tarix
2026.11.04 / 20:12
|
Müəllif
Axar.az
|