Yuxarı

Büdcəyə bu vergidən daxilolmalar azalacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Büdcəyə bu vergidən daxilolmalar azalacaq

Azərbaycanda 2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə yol vergisindən dövlət büdcəsinə daxilolmaların azalacağı proqnozlaşdırılır.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, 2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə yol vergisi üzrə büdcəyə 307 milyon manat daxilolma nəzərdə tutulur.

Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 27.4 milyon manat və ya 8.2 faiz azdır.

Bununla belə, 2027-ci il üçün proqnozlaşdırılan məbləğ 2025-ci ilin faktiki göstəricisindən 218.8 milyon manat və ya 3.5 dəfə çoxdur.

Sənəddə 2025-ci illə müqayisədə qeydə alınan kəskin artımın səbəbi kimi qanunvericiliyə edilən struktur xarakterli dəyişikliklər göstərilir.

Belə ki, yol vergisinin dərəcəsi artırılıb, ölkə daxilində istehsal olunaraq daxili istehlaka yönəldilən və idxal edilən neft məhsullarına tətbiq olunan icbari tibbi sığorta haqqı ləğv edilərək həmin daxilolmalar yol vergisinin tərkibinə daxil olunub.

Tarix
2026.11.04 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla