Yuxarı

Baş redaktorun oğlu və gəlini qadına dələduzluq etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş redaktorun oğlu və gəlini qadına dələduzluq etdi - Foto

Ağcabədidə ər-arvad iki azyaşlı uşağı olan qadına qarşı dələduzluq ediblər.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Avşar kəndində baş verib.

Kənd sakini Səhərgül Mərdanovanın iki azyaşlı övladının əlilliyə görə aldığı pensiya dayandırılıb. Qadın ödənişlərin bərpa olunması üçün müxtəlif şəxslərdən kömək istəyib.

Həyat yoldaşından ayrılan qadın bu məqsədlə bir neçə şəxslə əlaqə saxlayıb. Həmin vaxt qonşusu ona "Haqq səsi" qəzetinin redaksiyasında işlədiyini və bu məsələnin həllinə kömək edə biləcək bir şəxsi tanıdığını bildirib. Daha sonra Səhərgül Mərdanovanı qəzetin baş redaktoru Elxan Məhərrəmovla görüşdürüb.

Elxan Məhərrəmov qadını inandıraraq oğlu Elvinin və gəlini Mahirənin ona kömək edə biləcəyini söyləyib.

O, gəlininin Türkiyədə təhsil aldığını və hüquqşünas kimi fəaliyyət göstərdiyini bildirib. Səhərgül Mərdanova Elvin və Mahirə ilə görüşmək istədiyini deyib.

Bir müddət sonra ər-arvad Avşar kəndinə, Səhərgülün evinə gəliblər. Onlar qadını övladlarının pensiyalarını bərpa edəcəklərinə inandırıblar. Bu vədlə ondan ilk olaraq 762 manat alıblar.

Bir neçə gün sonra Elvin və Mahirə qadından lazımi sənədləri istəyiblər. Övladlarının pensiyalarının bərpa olunacağına inanan qadın bütün sənədləri onlara təqdim edib.

Bir müddət sonra Mahirə yenidən qadına zəng edərək sənədlərin imzalanma mərhələsində olduğunu bildirib və əlavə 400 manat tələb edib. Səhərgül Mərdanova həmin məbləği də onlara verib.

Pulu aldıqdan sonra ər-arvad bir müddət qadına yalan vədlər verməyə davam etsələr də, sonradan onunla əlaqəni kəsiblər.

Bundan sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Elvin və Mahirə saxlanılıblar.

Faktla bağlı başlanılan cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Mahirəyə iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq olunub. Elvin Məhərrəmov isə iki il iki ay müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2026.11.05 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla