Yuxarı

"30 il səninlə" lotereyasında ilk qaliblər müəyyənləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"30 il səninlə" lotereyasında ilk qaliblər müəyyənləşdi

"Azercell"in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyasında ilk qaliblər müəyyənləşib. Oktyabrın 27-də və noyabrın 3-də fakturasız xətt abunəçiləri arasında keçirilən iki tirajda ümumilikdə iki "Toyota Corolla Cross" avtomobili və 14 ədəd "iPhone 17 Pro" smartfonu artıq sahiblərinə təqdim olunub.

Hər tirajda 7 ədəd "iPhone 17 Pro" smartfonu və bir ədəd "Toyota Corolla Cross" avtomobili oynanılıb. "iPhone" telefonlarının hər biri üzrə qalib həftənin müvafiq günündə toplanmış şanslar arasından, avtomobilin qalibi isə həftə ərzində toplanmış şanslar əsasında seçilib.

Tirajların nəticələrinə əsasən, müəyyən edilmiş qaliblərin siyahısı "Azercell"in rəsmi internet səhifəsində dərc olunub.

Xatırladaq ki, lotereyada iştirak ödənişsizdir. Fakturasız xətt abunəçiləri "Azercell" tətbiqinin "Lotereya" bölməsində qeydiyyatdan keçə və ya "3035" qısa nömrəsinə "START" yazıb SMS göndərə bilərlər. Qeydiyyatdan keçdikdən sonra abunəçilər balanslarını artırmaqla, eləcə də "Azercell"in məhsul və xidmətlərindən yararlanmaqla lotereya şansları əldə edə bilərlər.

Şanslarını artırmaq istəyənlər üçün xüsusi şans paketləri də nəzərdə tutulub. Tətbiq, USSD və SMS vasitəsilə aktivləşdirilən bu paketlər həm şəbəkədaxili danışıq dəqiqələri, həm də lotereya şansları təqdim edir. Bundan əlavə, "Azercell" tətbiqindəki həftəlik tapşırıqları tamamlayan abunəçilər əlavə şanslar qazana, hətta şanslarını beşqat artıra bilərlər.

Lotereyanın hədiyyələri bununla bitmir. Qarşıdakı tirajlarda daha 8 "Toyota Corolla Cross" avtomobili və 56 "iPhone 17 Pro" smartfonu oynanılacaq. Lotereyanın final tirajında isə qaliblərdən birini metronun "28 May" stansiyasının yaxınlığında yerləşən tam təmirli mənzil gözləyir.

"Azercell"in 30 illik yubileyini böyük hədiyyələrlə qeyd edin - şanslarınızı toplayın, növbəti qalib siz olun!

Tarix
2026.11.05 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla