Yuxarı

Başçı oğlunu aldadan qardaşlar həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı oğlunu aldadan qardaşlar həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Emin və Rahib Hüseynov qardaşlarının cinayət işi üzrə ilkin baxış iclası keçirilib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamda özlərini qismən təqsirli bildiklərini deyiblər.

Növbəti proses 2 dekabr saat 10:00-a təyin olunub.

Xatırladaq ki, Emin və Rahib Hüseynov qardaşları qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilirlər.

Rahib Hüseynov Zahid Rüstəmovun qəsb olunmuş əmlakının ona geri qaytarılmasında köməklik edəcəyinə vəd verərək, müxtəlif vaxtlarda onun ümumilikdə 35 500 manat pul vəsaitini mənimsəyib. O, həmçinin tanışı Sabir Cəfərovun lombarda girov qoyduğu qızıl-zinət əşyalarına görə çox pul verilməsinə köməklik edəcəyi, işə düzəldəcəyi, övladını universitetə qəbul etdirəcəyinə inandıraraq, ümumilikdə ondan 2500 manat alıb.

Daha sonra R. Hüseynov qardaşı Emin Hüseynovla birlikdə Zahid Rüstəmovu vəzifəli şəxslərlə əlaqələrinin olduqlarına inandırıb onun bitki mənşəli qidalarının Rusiyada satılacağı vədini verib. Emin Hüseynov vasitəsilə müxtəlif vaxtlarda onun 87 000 manat pulunu ələ keçirib. Rahib Hüseynov yalan vədlər verərərək, müxtəlif vaxtlarda Emma Ələkbərovanın 4000 manat, İradə Mustafayevanın 9000 manat, Sabir Cəfərovun 25 000 manat, Samara Salehovanın 25 000 manat, Arzu Məmmıdovanın 13 000 manat, Kamran Musayevin 6900 manat, Əzimə Rzayevanın 89 000 manat, Bəhruz Şirməmmədovun 10000 manat, Mehdi Süleymanzadənin 5000 manat pul vəsaitini ələ keçirərək dələduzluq edib.

Faktlarla bağlı cinayət işi başlanılıb, Emin və Rahib Hüseynov qardaşları Cinayət Məcəlləsini 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunaraq məsuliyyətə cəlb olunublar, barələrində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu Hüseynov qardaşlarının ilk məhkumluğu deyil. Emin və Rahib Hüseynov qardaşları eyni ittihamla 2018-ci ilin dekarında ayrılıqda 9 il müddətinə həbs cəzasına məhkum olunublar. O zaman Rahib Hüseynov ümumilikdə 4 milyon 300 min manat dələduzluqda ittiham edilib. O, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb.

Zərərçəkənlərdən biri olan Qoşqar Zeynalov Tovuz rayon icra hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğludur.

Təqsirləndirilən qardaşlar “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır. Rahib Hüseynov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədr müavini Əvəz Qocayevin kürəkəni olub.

Tarix
2026.11.05 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla