Yuxarı

“Azərişıq”da Özbəkistanın energetikləri üçün növbəti təlim kursu...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq”da Özbəkistanın energetikləri üçün növbəti təlim kursu...

“Azərişıq” ASC Özbəkistan Respublikasının Milli Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün ixtisasartırma təlimlərinin keçirilməsinə davam edir.

Axar.az xəbər verir ki, Səhmdar Cəmiyyətin mütəxəssislərinin iştirakı ilə “35-110 kV-luq paylayıcı elektrik şəbəkələrin elektrik avadanlıqlarının qəza və normal iş rejimlərində istismarı, təmiri və əməliyyat çevirmələri” mövzusunda növbəti təlim kursu təşkil olunub.

Peşəkar təlim proqramı Dünya Bankının maliyyə dəstəyi ilə reallaşan “Elektrik Enerjisi Sektorunun Transformasiyası və Dayanıqlı Ötürmə” (ESTART) layihəsi çərçivəsində baş tutub. Təlimin keçirilməsində məqsəd Özbəkistanın enerji sektorunda çalışan mühəndis-texniki heyətin peşəkar potensialının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üzrə bilik və bacarıqlarının artırılması, eləcə də Azərbaycan və Özbəkistan mühəndis-energetikləri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə şərait yaratmaqdır.

Energetiklər təlim müddətində nəzəri biliklərini artırmaqla yanaşı, həm də real elektrik avadanlıqları və müvafiq təlim qurğularından istifadə etməklə praktiki tapşırıqları yerinə yetiriblər. Beləliklə, onlar əldə etdikləri bilikləri bilavasitə istehsalat şəraitində tətbiq edərək peşə bacarıqlarını inkişaf etdiriblər.

Təlimlər başa çatdıqdan sonra iştirakçıların proqram üzrə hazırlıq səviyyəsi qiymətləndirilib. Sonda müdavimlərə “Azərişıq” ASC tərəfindən müvafiq sertifikatlar təqdim olunub.

Tarix
2026.11.05 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla