Yuxarı

Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya iddiası...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya iddiası...

Prezidentin sabiq xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad edildikdən sonra onun fəaliyyəti ilə bağlı maliyyə araşdırmalarına başlanılıb.

Axar.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, Xankəndi, Ağdərə və Xocalıda təmir, abadlıq və tikinti işləri üçün ayrılmış dövlət vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verildiyi üzə çıxıb.

İlkin məlumatlarda həmin layihələr çərçivəsində təxminən 15 milyon manat vəsaitin mənimsənilməsi ehtimalından bəhs edilir.

Məlumata görə, Elçin Yusubov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də məhz bu araşdırmalar çərçivəsində çağırılıb.

Bildirilir ki, onun rəhbərlik etdiyi dövrdə həyata keçirilən tikinti və abadlıq layihələri, ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsi və görülmüş işlərin həcminin yoxlanıldığı bildirilir.

Məlumatda Elçin Yusubovdan başqa Xüsusi Nümayəndəliyin mühasibinin, habelə adıçəkilən rayonlarda təmir-tikinti işləri aparan MMC-lərin rəhbərlərinin də dindirildiyi deyilir.

Qeyd edək ki, Elçin Yusubov 22 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.

Tarix
2026.11.05 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla