Yuxarı

Hamiləliyə və doğuma görə adambaşına müavinət xərci...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hamiləliyə və doğuma görə adambaşına müavinət xərci...

Gələn il hamiləliyə və doğuma görə adambaşına müavinət xərci 3946,16 manat olacaq.

Axar.az xəbər verir ki, bu, 2027-ci il Büdcə Zərfində əksini tapıb.

Əvvəlki illər üzrə formalaşmış tendensiyaya əsasən məcburi dövlət sosial sığorta haqları üzrə müavinətlərin tərkibində ən yüksək həcmə və xüsusi çəkiyə malik olmuş hamiləliyə və doğuma görə müavinətlər növbəti büdcə ilində 77,34 mln. manat səviyyəsində proqnozlaşdırılıb. Proqnozlaşdırılmış xərc 2025-ci illə müqayisədə 19,8%, cari ilin proqnozuna nəzərən 8,9%, ilin sonuna gözlənilən icrayla müqayisədə isə 10,2% artım tempinə malikdir. Cari ilin I yarımillik dövründə müvafiq müavinət növü üzrə xərc cari ilin proqnoz göstəricisinin 43,3%-i, 9 aylıq gözlənilən icranın 62,8%-i, ilin sonuna gözlənilən icranın isə 43,8%-i səviyyəsindədir. 2025-ci ildə 19112 nəfərə 64,57 41 mln. manat vəsait xərc edilmiş və orta hesabla adambaşına 3378,29 manat müavinət ödənilib. Cari 2026-cı ildə isə 19322 nəfərə 70,16 mln. manat vəsait ödənişi gözlənilir. Bu da cari il üzrə hər adambaşına orta hesabla 3631,25 manat məbləğində müavinət xərci deməkdir. Növbəti ildə isə proqnozlaşdırılmış sığortaolunan sayı 19599 nəfər, vəsait 77,34 mln. manat olmasını diqqətə alaraq növbəti ildə adambaşına düşən müavinət xərci 3946,16 manat səviyyəsində proqnozlaşdırılıb.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət sosial müdafiə fondunun büdcə layihəsinə verilmiş izahatda məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı hazırlanmış xərclərin hesablanması cədvəlində hamiləliyə və doğuma görə analıq məzuniyyətinə çıxmış şəxslərin bir nəfərinə düşən günlərin orta sayı 78 gün müəyyən olunub. Bundan irəli gələrək bir nəfərə düşən orta günlük müavinət məbləği 2025-ci il üzrə 43,30 manat, 2026-cı il üzrə 46,54 manat, 2027-ci il üzrə isə 50,57 manat təşkil edir. Orta günlük müavinət məbləği 2025-ci illə müqayisədə 2026-cı ildə 7,5%, 2026-cı illə müqayisədə isə 2027-ci ildə 8,7% artım tempinə malik olacaq.

Tarix
2026.11.05 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla