Yuxarı

3,6 milyonluq dələduzluq: Agentlik direktoruna ağır cəza...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3,6 milyonluq dələduzluq: Agentlik direktoruna ağır cəza...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 milyon 600 min manatlıq dələduzluqda təqsirləndirilən “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbəliyev və agentliyin daha 8 əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilənlərdən Oqtay Zərbəliyev, Orxan Əliyev və Ramin Nağdəliyevin hər birinin 9 il 6 ay, Natiq Şahmuradovun 8 il, Qalib Bayramovun 7 il, Bəxtiyar Məhərrəmovun 7 il 6 ay, Ədib Kazimov, Valeh Rustəmov və İlqar Məmmədovun isə hər birinin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, ittihama əsasən, “Zamin Əmlak Agentliyi”nin direktoru və satış menecerləri qabaqcadan əlbir olaraq bir qrup şəxs halında dələduzluq əməlləri törədiblər. Onlar agentliyə müraciət edən vətəndaşlara güzəştli şərtlərlə ipoteka krediti vasitəsilə mənzil almaqda köməklik göstərəcəkləri barədə yalan vədlər veriblər.

İttihama görə, təqsirləndirilən şəxslər bu üsulla zərərçəkənlərin ümumilikdə 3 milyon 600 min manatını ələ keçiriblər.

Faktla bağlı onların barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilənlərdən Qalib Bayramov və Bəxtiyar Məhərrəmov barəsində həbslə bağlı olmayan qətimkan tədbiri, digərləri barəsində isə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə prosesi davam edir.

Tarix
2026.11.05 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla