Yuxarı

“Zəfər arzuları” adlı sosial aksiya keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zəfər arzuları” adlı sosial aksiya keçirildi

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq Zəfər xalqımızın qürur mənbəyi, müstəqil dövlətçiliyimizin tarixi nailiyyətidir.

Axar.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 5-də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə metronun “İçərişəhər” stansiyasında şanlı Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya təşkil edib. Aksiya iştirakçılarına kiçik ölçülü standart kağız parçalarına ürək sözlərini yazıb, mərkəzdə quraşdırılmış iri lövhədəki yumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunub.

Sosial aksiyanın keçirilməsində məqsəd möhtəşəm Zəfərin qazanılmasında mühüm amillərdən olan birliyimizi və həmrəyliyimizi bir daha nümayiş etdirmək, xalqımıza qürur və qələbə sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna, müharibə veteranlarına minnətdarlığımızı çatdırmaq, şəhidlərimizin ruhuna ehtiramımızı bildirməkdir.

Aksiyada ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar, turistlər və vətəndaşlar iştirak ediblər.

Tarix
2026.11.05 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla