Yuxarı

Bu dövlət rüsumu 50 faiz artırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu dövlət rüsumu 50 faiz artırıldı

Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq.

Axar.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 manat dövlət rüsumu müəyyən edilib.

Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli qərarı ilə təsbit edilmiş "Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"na uyğun olaraq, ev heyvanlarının xarici ölkəyə aparılması müvafiq pasportun tərtib olunması ilə həyata keçirilir.

Bununla əlaqədar 2024-cü ildə 2 073, 2025-ci ildə isə 2 114 müraciət üzrə baytarlıq pasportu təqdim olunub.

Qeyd olunan illər ərzində edilən müraciət sayının, pasportun verilməsi üçün sərf olunan maliyyə resurslarının və digər xərclərin artması səbəbindən baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumunun artırılması təklif olunur.

Tarix
2026.11.05 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla